Evə yeni kirayəşin gəldikdə, yaxud açarlarınız itdikdə bütün kilidi dəyişməyə ehtiyac yoxdur. Sadəcə kilid silindrini (özəyini) dəyişməklə köhnə açarların qapını açmasının qarşısını ala bilərsiniz. Ustalarımız yüksək keyfiyyətli Avropa və Türkiyə silindrlərini quraşdırır.
Məlumatları daxil edin, usta dərhal yola düşsün.
Hər növ qapı, açar və kilid məsələlərində yüksək keyfiyyət və zərər vermədən zəmanətli açma xidməti.
Giriş qapıları, dəmir və seyf qapıların kilidləri açarı daxildə unudularkən və ya sıradan çıxarkən zərərsiz açılır.
Kilidlərin yerindəcə təmiri, açar dublikat edilməsi, sınmış açarların çıxarılması və yeni açarların hazırlanması.
Milli və xarici markalı seyflərin, şifrəli rəqəmsal və mexaniki seyf qutularının zədəsiz professional açılması.
Maşın pultlarının təmiri, unudulmuş maşın açarlarının qapıların şüşələrinə zərər yetirilmədən açılması.
Ustalarımız 24 saat fəaliyyət göstərir və ünvanınıza 15 dəqiqəyə çatır.
Ən müasir Avropa istehsalı alətlərlə işlədiyimiz üçün qapınızın taxta və ya dəmir örtüyünə heç bir cızıq belə salmadan kilidi açırıq.
Kale, Mottura, Cisa, Yale, Securisme və digər yüksək təhlükəsizlikli brendlərin zəmanətli məhsulları.
Bütün ustalarımız 10 ildən artıq təcrübəyə və peşəkar sertifikatlara malikdir. Sizin təhlükəsizliyiniz bizim üçün 1 nömrəli önəmdir.
Təxminən 5-10 dəqiqə ərzində usta özəyi səliqəli şəkildə dəyişir.
Polad mil və zirehli lövhə ilə qorunan xüsusi təhlükəsizlik sinfi olan silindrlərdir.